Bu iki ölkə arasında gərginlik artdı

Bu iki ölkə arasında gərginlik artdı Yəməndə vəziyyət yenidən gərginləşib.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dəstəklədiyi Cənub Keçid Şurası (CKŞ) qüvvələri Səudiyyə Ərəbistanı təyyarələrinin onlara hücum etdiyini bildiriblər.

Məlumata görə, Səudiyyə Ərəbistanı aviasiyası Hadramaut bölgəsində CKŞ-nin nəzarətində olan 37-ci briqadanı hədəfə alıb.

Yəmənin informasiya naziri vəzifəsini icra edən Əbdülbasit əl-Kaidi bildirib ki, Hadramautda Səudiyyə Ərəbistanı və BƏƏ-nin dəstəklədiyi iki tərəf arasında toqquşmalar başlayıb.

Bu hadisə, Yəməndə eyni koalisiyada yer alan iki ölkənin dəstəklədiyi qüvvələr arasında ciddi fikir ayrılıqlarının olduğunu göstərir.

Tehsil-press.az

Oxşar xəbərlər