Venesuelada 7 günlük matəm elan olundu

Venesuelada 7 günlük matəm elan olundu Venesuelanın vitse-prezidenti Delsi Rodriges ölkəni və prezident Nikolas Maduronu müdafiə edərkən həlak olmuş gənclərin şərəfinə 7 günlük milli matəm elan edib.

D. Rodriges bunu VTV telekanalının efirində bəyan edib.

Onun sözlərinə görə, matəm elanının səbəbi hakimiyyətin "qurbanlar" adlandırdığı, respublikanın ali dəyərləri uğrunda ölkəni müdafiə edərkən həlak olmuş gənclərin ölümü ilə bağlıdır.

Vitse-prezident daxili sülhün qorunmasının vacibliyini vurğulayıb və bir daha Venesuelaya qarşı təzyiq və hücumların dayandırılmasına çağırıb.

Tehsil-press.az

Oxşar xəbərlər