Xəbər verdiyimiz kimi, Qurban Qurbanov “Qarabağ” U-19 komandasının 15 yaşlı üzvü Əli Bəşirovu əsas heyətə çağırıb.15 yaşlı futbolçu tanınmış vəkil, Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri və siyasi şərhçi Xəyal Bəşirovun oğludur. Xəyal Bəşirov tanınmış vəkildir, 2012-ci ildən AR Vəkillər Kollegiyasının üzvü kimi vəkillik fəaliyyəti ilə məşğuldur.
Qeyd edək ki, 15 yaşlı futbolçu, “Qarabağ” komandasının tərkibində Antalyada keçiriləcək qış təlim-məşq toplanışının ikinci hissəsi üçün Türkiyəyə yollanıb. O, eyni zamanda Azərbaycanın U-16 millisinin də üzvüdür.
Tehsil-press.az








