Banklardan yeni kredit təklifi: cəlbedici olsa da, risklidir

Banklardan yeni kredit təklifi: cəlbedici olsa da, risklidir Maaşı 160 manat olanlar üçün kredit verilir, özü də zaminsiz-filansız.

Bəzi banklar müştəriləri cəlb etmək üçün artıq bu üsula əl atıblar. Halbuki hələ ötən həftə kreditin verilməsi üçün müştərilərdən 410 manat civarında mimimum əmək haqqı tələb edilirdi. Bunun nəticəsi olaraq isə banklarda manat olsa da, kreditlərini alan olmayıb.
İndi isə maaşı cəmi 160 manat olanlar, yaşı 20-dən 60-dək olan istənilən şəxs, 300 manatdan 5000 manatadək, illik 29 fazilə kredit ala bilər.
Təklif nə qədər cəlbedici görünsə də, əslində həm bank, həm də müştəri üçün risklidir. Çünki məhz problemli kreditlərin qarşının alınması məqsədi ilə Maliyyə Bazarlarına Nəzarət Palatası kredit verilən zaman konkret şərtlər qoyub.
Bəs bu şərtlərə əsasən 160 manat aylıq gəliri olan vətəndaş kredit ala bilərmi?
Praktiki olaraq bu mümkündür. Lakin ölkədə müəyyən edilmiş yaşayış minimumunun 136 manat təşkil etdiyini nəzərə alsaq, bu o deməkdir ki, onun 3 misli 408 manat edir. 160 manat aylıq gəliri olan vətəndaşlar isə krediti xüsusi şərtlə ala bilərlər.
Bir sözlə, kredit almaq istəyən vətəndaşın əmək haqqından, yəni 160 manatdan kreditin ödənişi üçün sərf edəcəyi məbləği, yəni 64 manatı çıxdıqda, ona cəmi 96 manat vəsait qalır. Bu isə yaşayış minimumundan aşağı olduğundan, ciddi risk hesab edilir. Yəni vətəndaşlar çalışsınlar bu tip kampaniyalara aldanmasınlar ki, gələcəkdə kreditin ödənişi ilə bağlı problemlərlə üzləşməsinlər.




Tehsil-press.az

Oxşar xəbərlər