Elçilikdə qız atasının istəyi maraq doğurdu

Elçilikdə qız atasının istəyi maraq doğurdu Azərbaycanda qızına elçi gələn ata oğlandan sağlamlıq arayışı tələb edib.

Şəxsi inkişaf kouçu Gülgün Quliyeva bu halı gələcəyə yönəlik məsuliyyətli addım kimi qiymətləndirib.

G.Quliyeva bildirib ki, ata oğlandan əsasən veneroloji xəstəliklərin olub-olmaması barədə məlumat və narkotest tələb edib:

“Sağalırıq, millət. Bunu edən ata idi, ana yox,” – deyə o vurğulayıb.

Bu açıqlama sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər atanın addımını dəstəkləyərkən, bəziləri isə gələcək gəlinin də oğlandan müəyyən testləri istəməsinin vacib olduğunu qeyd ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər