"Kəpəz" qış fasiləsində növbəti transferini reallaşdırıb.Öncə "Turan Tovuz"dan Veysəl Rzayevlə anlaşmış "sarı-göylər" heyətini bu dəfə gürcüstanlı müdafiəçi Mate Abuladze ilə gücləndirib.
25 yaşlı legionerlə növbəti mövsümün sonunadək müqavilə imzalanıb.
Abuladze mövsümün ilk yarısını yerli “Samqurali”də keçirib. 2024-cü ildən Tsxaltubo təmsilçisinin formasını geyinən müdafiəçi bu müddət ərzində 49 oyunda meydana çıxaraq 2 qola imza atıb.
Gəncə təmsilçisnini bu keçid üçün nə qədər xərcə düşdüyü də məlumdur.
Tehsil-press.az











