Azərbaycana dönən hücumçunun qazanacağı pulu görün!

Azərbaycana dönən hücumçunun qazanacağı pulu görün! "Sumqayıt" növbəti transferini rəsmiləşdirib.

"Kimyaçılar" son olaraq İsraildə "Bney Saxnin"in formasını geyinmiş Aleksandr Ramalinqom ilə 1+1 illik müqavilə imzalayıbr.

32 yaşlı madaqaskarlı hücumçu "9" nömrəli formada çıxış edəcək.

Onun yeni klubunda nə qədər maaş alacağını dəqiqləşdirə bilmişik. "Gənclik şəhəri" təmsilçisi adıçəkilən forvarda 12 min dollar əməkhaqqı ödəyəcək.

Aleksandr Ramalinqom ölkəmizdə 2023-2024 mövsümündə "Səbail"in də şərəfini qoruyub. O, Madaqaskar millisinin heyətində 8 oyun keçirib.

"Sumqayıt" daha öncə Saşa İliç (baş məşqçi), Pedro Pinto (son klubu “Petro Luanda”, Anqola), Aleksa Yankoviç ("Radniçki", Serbiya), Rauf Rüstəmlini ("Sabah"dan icarəyə götürülüb) transfer edib.

Tehsil-press.az

Oxşar xəbərlər