Sabunçu rayonunda yanvarın 14-ü saat 15 radələrində 1977-ci il təvəllüdlü Dəyanət Teyyub oğlu Qocayevin meyiti yaşadığı Bakıxanov qəsəbəsi İ.Aslanov küçəsindəki evdə tapılıb.
Dünən saat 11 radələrində isə 1963-cü il təvəllüdlü Famil Heydərovun meyiti yaşadığı Nəsimi rayonu Mircəlal küçəsi 42 ünvanında yerləşən mənzilində aşkar edilib.
Bundan başqa Masallı rayon sakini 2001-ci il təvəllüdlü Rüstəm Şabanəli oğlu İsmayılovun meyiti kirayədə yaşadığı Süleyman Tağızadə küçəsi ev 60-ın (Sovetski adlanan ərazi) hamam otağında tapılıb. Onun dəm qazından zəhərlənərək ölməsi müəyyənləşib.
Hər üç faktla bağlı araşdırmalar aparılır.
Tehsil-press.az











