Mahir Emrelinin dayısı oğlunun meyiti tapıldı

Mahir Emrelinin dayısı oğlunun meyiti tapıldı Zaqatalada 37 yaşlı kişinin meyiti tapılıb.

Hadisə ötən gün 23:00 radələrində rayonun Aşağı Tala kəndində baş verib.

Kənd sakini, 1988-ci il təvəllüdlü Sabit Şəhriyar oğlu Ağayevin meyiti yaşadığı ünvanda yardımçı tikilidən asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkarlanıb.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Sabit Ağayev məşhur futbolçu Mahir Emreinin dayısı oğludur.

Tehsil-press.az

Oxşar xəbərlər