Rauf Vəliyev vəzifəsini buna görə itirib? – ŞOK FAKT

Rauf Vəliyev vəzifəsini buna görə itirib? – ŞOK FAKT “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Rauf Vəliyev 13 ilə yaxındır çalışdığı vəzifədən uzaqlaşdırılıb.. Bu barədə yanvarın 16-da Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, R.Vəliyev işdən çıxarılıb.

Rauf Vəliyevin vəzifəsindən azad edilməsi ilə bağlı daha bir versiya 2025-ci il ərzində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-yə (ASCO) məxsus və birgə sahiblikdə olan ümumilikdə 5 gəmi Rusiyaya məxsus xam neftin daşınması iddiası ilə beynəlxalq sanksiyalara məruz qalmasıdır.

Həmin gəmilərdən ikisi birbaşa ASCO-ya məxsusdur, daha 3 gəmi isə şirkətin birgə müəssisəsi olan SA Maritime AFZECO vasitəsilə birgə sahibliyindədir və bu səbəbdən Avropa İttifaqı, Böyük Britaniya və Kanada tərəfindən tətbiq edilən sanksiya siyahılarına daxil edilib.

ASCO rəhbərliyi məsələ ilə bağlı hüquqi araşdırmaya başlayıb, həm Şirkətin, həm də onun birgə müəssisəsinin müvafiq sanksiya tələblərini pozmadığını sübut etmək məqsədilə apellyasiya müraciəti hazırlanıb.

Hələlik apellyasiya prosesinin nəticəsi və vaxt çərçivəsi qeyri-müəyyən olaraq qalır. Bildirilir ki, sanksiyalar ASCO və birgə müəssisəsinin gələcək əməliyyatlarına və maliyyə vəziyyətinə əhəmiyyətli təsir edə bilər.

Tehsil-press.az

Oxşar xəbərlər