
Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq hazırda ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşası davam etdirilən yeni nəsil neftdaşıyan tankerinin Xoşbəxt Yusifzadənin şərəfinə “Akademik Xoşbəxt Yusifzadə” adlandırılması qərara alınıb.
Sözügedən gəminin 2021-ci ildə istismara verilməsi nəzərdə tutulur.
"Dənizçilər olaraq ASCO-ya məxsus gəminin görkəmli neftçi alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin adını daşımasından sonsuz qürur və iftixar hissi duyuruq. İnanırıq ki, “Akademik Xoşbəxt Yusifzadə” neftdaşıyan tankeri istifadəyə verildikdən sonra həm Donanmamız, həm də ümumilikdə ölkəmiz üçün böyük uğurlar gətirəcək.
Bir daha Xoşbəxt Yusifzadəni 90 illik yubileyi münasibətilə dənizçilər adından təbrik edir, möhkəm cansağlığı, səmərəli fəaliyyətində uğurlar arzulayırıq", - deyə məlumatda bildirilir.
Tehsil-press.az