Sumqayıtda bir müddətdir davam edən küçə ticarətinə qarşı mübarizə tədbirləri davam etdirilib. Yenilik.az xəbər verir ki, bu zaman çox qəribə bir hadisə baş verib. Mübarizəyə rəhbərlik edən məmur alma yeşiyini dükanın içərisinə aparmaq istəyən şəxsi saxlayaraq :Hara aparırsan onu, vətəndaşın piyada səkisində satırsansa, bu sənin deyil, ora da aparma səndən xahiş edirəm, bu yana keç, belə çevir, bax bura qoy" deyərək özləri ilə gətirdikləri yük avtomobilini göstərərək əlavə edib ki, "xahiş edirəm özün apar, zəhmət olmasa özün apar". Vətəndaş isə əmrə tabe olaraq alma dolu yeşiyi aparıb göstərilən yük avtomobilinin yanında yerə qoyub, sonra isə həmin məmur başqa bir şəxslə birlikdə yeşiyi maşının yük yerinə qoyub. Bu video sosial şəbəkə izləyiciləri arasında müzakirələ səbəb olub.
Tehsil-press.az













