Tər qoxusundan xilas olmağın sadə yolları

Tər qoxusundan xilas olmağın sadə yolları Soyuq qış günləri arxada qaldıqca istinin mənfi tərəfləri ortaya çıxır. Belə ki, gün ərzində fiziki aktiv olduğunuz zaman tez tərləməyə başlayırsınız. Tərləmə sonrası tər qoxusu mənfi aura yaradır.

Təqdim etdiyimiz təbii üsullarla tər qoxusundan asanlıqla xilas ola bilərsiniz.

Alma sirkəsi: Alma sirkəsi dərinin pH(hidrogen potensialı) səviyyəsini tarazlayır, həmçinin pis qoxuya səbəb olan bakteriyaları təmizləyir. Tər qoxusundan xilas olmaq üçün pambıqla qoltuqaltılarınıza alma sirkəsi çəkə bilərsiniz. Alma sirkəsi tər qoxusundan qurtulmağa kömək edəcək.

Soda: Qoxusuzlaşdırıcı və təmizləyici xüsusiyyətləri sayəsində soda həm də tər qoxusundan xilas olmağa kömək edir. Soda tərləməni azaldır. Tər qoxusundan xilas olmaq üçün qoltuqlarınızı soda ilə nəmləndirin. Daha sonar tərləyən nahiyəyə soda səpin və bir neçə dəqiqə gözləyin. Təmizliyi qoltuqaltınızı yumaqla tamamlaya bilərsiniz.(Haber Global)

Tehsil-press.az

Oxşar xəbərlər