Xəbər verdiyimiz kimi, Azərbaycanın ümumi dövlət borcu 25 milyard 987,5 milyon manat olub və bunun 8 milyard 183 milyon manatını (4 milyard 813,5 milyon dollar) xarici dövlət borcu təşkil edib.Xarici dövlət borcun ən böyük hissəsi Asiya İnkişaf Bankından alınan kreditlərin payına düşüb. Bu quruma olan borc 1 milyard 702,9 milyon dollar (2 milyard 894,9 milyon manat) səviyyəsindədir.
Qeyd edək ki, xarici dövlət borcunun kreditorlar üzrə bölgüsü aşağıdakı kimidir:
- Asiya İnkişaf Bankı – 1 702,9 milyon dollar (2 894,9 milyon manat);
- Avrobond üzrə investorlar – 1 387,3 milyon dollar (2 358,4 milyon manat);
- Dünya Bankı – 657,1 milyon dollar (1 117,1 milyon manat);
- İslam İnkişaf Bankı – 230,2 milyon dollar (391,3 milyon manat);
- Avropa Yenidənqurma və İnkişaf Bankı – 216,4 milyon dollar (367,9 milyon manat);
- Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi – 150,7 milyon dollar (256,2 milyon manat);
- Asiya İnfrastruktur və İnvestisiya Bankı – 78,6 milyon dollar (133,6 milyon manat);
- Digər kreditorlar – 390,3 milyon dollar (663,6 milyon manat).
Onu da qeyd edək ki, xarici dövlət borcunun 58,2%-i 5 ilə qədər olan müddətdə, 36,1%-i 5 ildən 10 ilə qədər olan müddətdə, 5,7%-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Xarici dövlət borcunun 85,7%-i ABŞ dolları, 6,4%-i avro, 3,2%-i XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları), 3,1%-i yapon yeni, 1,6%-i isə digər valyutalarla alınıb.
Tehsil-press.az










