Hesablama Palatası mənə doğmadır, mütəxəssislərin 80%-i mənim vaxtımda dəvət olunan kadrlardır. Mən onların hər biri ilə qürur duyuram.Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Heydər Əsədov komitənin bugünkü iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.
Məlumat üçün bildirək ki, Heydər Əsədov 2007–2013-cü illərdə Hesablama Palatasının sədr vəzifəsində çalılşıb.
Millət vəkili iclasda bir sıra tövsiyə və təkliflərlərini də səsləndirib:
“Səmərəlilik auditinin əsas seqmenti – strateji auditin genişləndirilməsinə diqqət artırılmalıdır. İdarəetmə auditi elementləri , yəni mövcud vəsait idarəetmə strukturu daxilində nə qədər səmərəli verilib – bu məsələyə diqqət eləmək lazımdır. Analitik tədbirlər keçirilir. Mən hesab edirəm ki, analitik tədbirlərin sayını yox, onu konkret funksional idarələrin gündəlik fəaliyyətinə çevirmək lazımdır”.
Deputat bildirib ki, Palatanın səlahiyyətlərinin, kadr sayının genişləndirilməsinə böyük ehtiyac var:
“Çünki bundan sonra bu qurumdan daha böyük işlər gözləniləcək”, - deyə o qeyd edib.
Tehsil-press.az









