"Azərbaycan daş üstə daş qoymayacaq" - Deputatdan SƏRT AÇIQLAMA

"Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın Baş nazirinə Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı” mükafatı təqdim olundu. Bu mükafat Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyır. Bunun çox böyük əhəmiyyəti var. Bu mükafat ona görə verildi ki, sülh yolunda Azərbaycan, düzdür, Ermənistanı və onun arxasında duran qüvvələri məcbur edib, amma eyni zamanda bu bölgədə sülhün yaranması üçün öhdəlik götürüb".

Bu fikiləri danışan Milli Məclisin deputatı Elşad Musayev bildirdi.

O vurğuladı ki, Azərbaycan onsuz da sülhün təmin olunmasının tərəfdarıdır:

"Eyni zamanda Ermənistan qarşısında beynəlxalq aləm tərəfindən tələblər qoyulub. Bu tələbi Amerika Birləşmiş Ştatlarının Prezidenti də irəli sürüb, ABŞ kimi böyük və nəhəng dövlət də qarantor ölkə kimi bu mövqeni ortaya qoyub. İndi isə belə bir mükafatın verilməsi özü-özlüyündə əlavə bir öhdəlik deməkdir. Eyni zamanda Azərbaycan öz gücü, potensialı və qələbəsi ilə Ermənistan qarşısında konkret öhdəliklər qoyub. Ermənistan da bu öhdəlikləri yerinə yetirmək məcburiyyətindədir. Heç kəs özünü aldatmasın ki, Ermənistan konstitusiyanı dəyişməsə, bununla nəsə dəyişəcək. Ermənistan konstitusiyasını dəyişməyəcəksə, ərazi iddialarından əl çəkməyəcəksə, bu halda Ermənistan dövlətçiliyini itirəcək".

Müsahibimiz nəzərə çatdırdı ki, Ermənistan tərəfindən Azərbaycanla növbəti toqquşma xətti seçilərsə, Azərbaycan onda daş üstə daş qoymayacaq:

"Bu açıq-aydındır. Dünya da bunu sakit şəkildə qəbul edəcək. Necə ki, Qarabağ işğaldan azad edildi və dünya bunu qəbul etdi. Vaxtilə çoxları deyirdi ki, bu, mümkün deyil, amma mümkün oldu. İndi də eyni ssenari baş verə bilər. Ona görə də mən pessimist düşünmürəm. Hesab edirəm ki, Ermənistan hökuməti bu öhdəlikləri yerinə yetirəcək. Burada seçkilərdən çox şey asılıdır. Yeddi iyun tarixində seçkilər keçiriləcək və Paşinyanın qalib gəlmə şansları daha çoxdur. Düşünürəm ki, Paşinyan Azərbaycan və Türkiyə ilə normallaşma xəttini davam etdirəcək. Əgər davam etdirməsə, bu artıq Paşinyan üçün ciddi problemlər yaradacaq".

Tehsil-press.az

Oxşar xəbərlər