Nazir əmr imzaladı - XİN-də yüksək vəzifəyə YENİ TƏYİNAT

Nazir əmr imzaladı - XİN-də yüksək vəzifəyə YENİ TƏYİNAT Azərbaycan Xarici İşlər Nazirliyində yüksək vəzifəyə yeni təyinat olub.

Bu barədə xarici işlər naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Məmməd Talıbov XİN-in Avropa İdarəsinin rəisi təyin edilib.

O, artıq vəzifəsinin icrasına başlayıb.

İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi daşıyan Məmməd Afiq oğlu Talıbov 2019-cu ildə Azərbaycanın Meksikadakı fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdu.

O, 2025-ci il oktyabrın 27-də geri çağırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər