Sabiq baş həkim qəfil vəfat etdi

Sabiq baş həkim qəfil vəfat etdi Zərdab Rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimi və direktoru Ruslan Nemətov vəfat edib.

Bu barədə onun yaxınları məlumat verib.

Onun 55 yaşında qəfil ürəktutmadan dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, R.Nemətov əvvəllər sözügedən xəstəxananın baş həkimi və direktoru vəzifəsində çalışıb. Son dövrlərdə isə xəstəxanada LOR həkimi kimi fəaliyyət göstərirmiş.

Tehsil-press.az

Oxşar xəbərlər