
Tehsil-press.az bildirir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun rəhbəri İsmayıl Axundov bunu APA-ya müsahibəsində deyib.
İ.Axundov onu da bildirib ki, itkin düşmüş, əsir-girov götürülmüş şəxslər problemi Dağlıq Qarabağ münaqişəsinin ən həssas məsələsidir. Ona görə də itkin düşmüş şəxslərin işi daim Azərbaycan prezident cənab İlham Əliyevin diqqət mərkəzindədir: “Burada vacib məsələ ilk növbədə siyahılarda dəqiqləşmə işinin tam başa çatdırılmasıdır. Cari ilin ötən müddəti ərzində aparılan araşdırmalara əsasən demək olar ki, yaxın zamanda dəqiqləşmə başa çatacaq”.
Tehsil-press.az