Türkiyə Ali Məhkəməsinin sədri İlham Əliyevin qəbulunda

Türkiyə Ali Məhkəməsinin sədri İlham Əliyevin qəbulunda Aprelin 17-də Azərbaycan Respublikasının pezidenti İlham Əliyev Türkiyə Respublikası Ali Məhkəməsinin sədri İsmail Rüştü Ciritin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Tehsil-press.az dövlət başçısının saytına istinadən bildirir ki, prezident İlham Əliyev bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin İstanbulda keçirilən 13-cü sammitində iştirakını məmnunluqla xatırladı. Dövlətimizin başçısı bu tədbirdə İslam ölkələrinin yüksək səviyyədə təmsil olunmasını Türkiyəyə olan münasibətin təzahürü kimi qiymətləndirdi. Prezident İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə görüşlərinin də səmərəli olduğunu diqqətə çatdırdı.
Türkiyə Ali Məhkəməsinin sədri İsmail Rüştü Cirit qardaş və dost ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini, türk xalqının bundan məmnun olduğunu bildirdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan-Türkiyə qardaşlığını əks etdirən "bir millət, iki dövlət" sözlərinin ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin səviyyəsini göstərdiyini vurğuladı. İsmail Rüştü Cirit bir müddət öncə Dağlıq Qarabağda qoşunların təmas xəttində baş vermiş hadisələr zamanı Azərbaycan hərbçilərinin şəhid olması ilə əlaqədar başsağlığı verdi, yaralananlara şəfa dilədi. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını bildirdi.
Görüşdə ölkələrimizin məhkəmə sistemləri arasındakı uğurlu əməkdaşlığın ikitərəfli münasibətlərimizin daha da genişlənməsi işinə töhfə verdiyi qeyd olundu.

tehsil-press.az

Oxşar xəbərlər