İlhamə Quliyevanın miras davası yekunlaşdı

İlhamə Quliyevanın miras davası yekunlaşdı Xalq artistinin mirası məhkəmə hökmüylə sahibini tapıb.

Xalq artisti, mərhum İlhamə Quliyevanin mirası ətrafında qalmaqal hələlik yekunlaşıb. Yasamal Rayon Məhkəməsi var-dövlətin müğənninin bacılarına verilməsi barədə qərar çıxarıb.
Tehsil-press.az-ın məlumatına görə, mərhum Xalq artisti İlhamə Quliyevanın mirasının kimlərə qalacağı artıq məlum olub. Yerli KİV-ə müsahibə verən İ.Quliyevanın dayısı oğlu bildirib ki, Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, xalq artistinin mirası bacıları Gülbahar və İradə Quliyevalara qalıb. "Bu açıqlamaya və qərara görə heç kim məndən inciməsin. Mən göydə Allaha, yerdə dövlətin qanunlarına inanıram. İlhamə xanımın mirası ilə bağlı dünən məhkəmə oldu", - deyə müğənninin dayısı oğlu qeyd edib.



İlhamə Quliyevanın mirası qalmaqalı ilə bağlı məhkəmə yekunlaşıb

Xalq artisti 2016-cı ilin 25 fevralında səhər saatlarında dünyasını dəyişib. İlhamə Quliyevanın insultdan vəfat etdiyi bildirilib. İ.Quliyeva dünyasını dəyişəndən sonra oğulluğu Orxan Nadirov mətbuata açıqlama verərək bildirib ki, xalq artistinin tək varisi özüdür. İ.Quliyevanın bacısı Gülbahar Quliyeva isə bildirib ki, yaxın günlərdə bu məsələ ilə bağlı mətbuata məlumat veriləcək.


Tehsil-press.az

Oxşar xəbərlər