
AKİ-nin aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Əfsun Sucayev AZƏRTAC-a açıqlamasında bildirib ki, akademik Vaqif Fərzəliyev konfransın plenar iclasında məruzə ilə çıxış edib. Aktual mövzuya həsr olunan məruzə konfransın I dərəcəli diplomuna layiq görülüb.
Akademik konfransın bölmə iclaslarından birinə sədrlik edib.
Vaqif Fərzəliyev konfrans çərçivəsində müştərək beynəlxalq tədqiqatların həyata keçirilməsi və institutlararası əlaqələrin inkişaf etdirilməsi üçün belaruslu həmkarları ilə müzakirələr aparıb.
Tehsil-press.az