
AKİ-nin aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Əfsun Sucayev Tehsil-press.az-a açıqlamasında bildirib ki, akademik Vaqif Fərzəliyev konfransın plenar iclasında məruzə ilə çıxış edəcək və bölmə iclaslarından birinin sədri olacaq. O, konfrans çərçivəsində müştərək beynəlxalq tədqiqatların aparılması və institutlararası əlaqələrin inkişaf etdirilməsi üçün belaruslu həmkarları ilə müzakirələr aparacaq.
Tehsil-press.az