
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, həmin yol sahəsində avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilib və müvafiq yol nişanları quraşdırılıb.
Qeyd edək ki, dəyişiklik zamanı ümumi hərəkət zolaqlarının sayı saxlanılıb.
Hazırda sözügedən küçə üzrə 10 avtobus marşrutu fəaliyyət göstərir. Bu dəyişiklik nəticəsində sərnişinlərin yol qət etmə vaxtı əvvəlki ilə müqayisədə azalıb. Avtobusların sürəti isə pik saatlarda 3 km/saat-dan 10 km/saat-a qədər artıb.
Tehsil-press.az