
Hər bir halda ictimai nəqliyyatdan çox istifadə edən tələbələrə ictimai nəqliyyat pulsuz ola bilərmi?
Nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, bütün ictimai nəqliyyatda ödəniş sistemi kartla olmalıdır. Nəğd olunarsa, bu sistem işləməz. Bu daimi olmalıdır və daimi kartla ödəniş edilməlidir. Belə sistemin icrası üçün maliyyə sistemi lazımdır.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyidən (AYNA) bildirildi ki, Müxtəlif əhali qrupları tələbələr, təqaüdçülər və digər sosial qruplardan olan şəxslərə ictimai nəqliyyatda güzəştlərin gedişhaqlarının, həmçinin illik və aylıq ödənişlərin tətbiqi üçün infrastruktur qurulmalıdır, nağdsız ödənişlərə keçid tam təmin edilməlidir. Bu ödəniş siseminə keçid təmin olunduqdan sonra həmin güzəştlər tətbiq oluna bilər.
Tehsil-press.az