Tədbir zamanı istehlakçı hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsasları barədə tələbələrə məlumat verilib, mövcud qanunvericilik çərçivəsində bu hüquqların müdafiə mexanizmləri izah olunub.
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin mütəxəssisi Ələkbər Həsənov Agentliyin fəaliyyət istiqamətlərini tələbələrin diqqətinə çatdırıb, BDU ilə Agentlik arasında həyata keçirilən birgə tədbirlərdən danışıb.
Agentliyin İstehlak bazarına nəzarət şöbəsinin müdir müavini Azad Məmmədov və İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdir müavini Samir Əliyev “İstehlakçıların əsas hüquqları və onların müdafiə mexanizmləri” mövzusunda təqdimatla çıxış ediblər. Təqdimatda istehlakçı hüquqlarının qorunması üzrə əsas hüquqi alətlər, bu sahədə dövlət nəzarətinin təşkili və qanunvericiliyin tələbləri izah olunub.
İstehlak bazarında pozuntu hallarının qarşısının alınması istiqamətində görülən preventiv tədbirlər və Agentliyin həyata keçirdiyi təşəbbüslər də diqqətə çatdırılıb. Bildirilib ki, istehlakçıların hüquqi savadlılığının artırılması bazarda sağlam münasibətlərin formalaşmasına və hüquq pozuntularının aradan qaldırılmasına mühüm töhfə verir.
İnteraktiv formatda keçirilən açıq dərs zamanı tələbələrə real təcrübədən nümunələr təqdim olunub, onları maraqlandıran suallar cavablandırılıb.
Tehsil-press.az








