Bu məktəbə lisey statusu verildi

Bu məktəbə lisey statusu verildi Sumqayıt şəhər 23 nömrəli tam orta ümumtəhsil məktəbinin tipi dəyişdirilərək 23 nömrəli texniki fənlər təmayüllü lisey statusu verilib.

Bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, liseyə I sinfə qəbul və şagird yerdəyişməsi dayandırılıb. Şagird qəbulu yalnız VII sinifdən etibarən və mərkəzləşdirilmiş imtahanın nəticələrinə əsasən həyata keçiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər