BDU-nun Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova audiovizual media və onun tənzimləməsi məsələlərinin öyrənilməsinin vacib olduğunu, gənc jurnalistlərin bu istiqamətdə məlumatlılığının artırılması istiqamətində işlərin davam etdiriləcəyini qeyd edib.
Audiovizual Şurada sədrin müşaviri Haşim Əliməmmədzadə Şuranın fəaliyyət istiqamətləri, həyata keçirilən tənzimlənmə tədbirləri, o cümlədən audiovizual media subyektlərinin maarifləndirilməsi işi barədə tələbələrə ətraflı məlumat verib.
Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı “Azərbaycan media məkanında media subyektinin və jurnalistin hüquqi statusu” mövzusunda təqdimatla çıxış edərək, tələbələrə audiovizual media subyektləri və onların fəaliyyətinin hüquqi normalarından söz açıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Tehsil-press.az








