Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin əməkdaşlarını təltif edib

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin əməkdaşlarını təltif edib Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Bakı Dövlət Universitetinin 1 əməkdaşı “Şərəf” ordeni, 11 əməkdaşı “Şöhrət” ordeni, 2 əməkdaşı 2-ci dərəcəli “Əmək” ordeni, 24 əməkdaşı 3-cü dərəcəli “Əmək” ordeni, 36 əməkdaşı isə “Tərəqqi” medalı ilə təltif olunub.
Dövlət başçısının digər Sərəncamı ilə Bakı Dövlət Universitetinin 6 əməkdaşı “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Tehsil-press.az

Oxşar xəbərlər