Biləsuvarın başçısı Xırmandalı kəndindəki tikilini və ərazisini kimə satıb?

Biləsuvarın başçısı Xırmandalı kəndindəki tikilini və ərazisini kimə satıb? Biləsuvarın başçısı Xırmandalı kəndindəki tikilini və ərazisini kimə satıb?

Biləsuvarın Xırmandalı kəndində TORPAQ SAHƏSİ üzərində yerləşən iki mərtəbəli tikilinin qanunsuz satılması ilə bağlı redaksiyaya məlumat daxil olub. Qeyd olunur ki, iki mərtəbəli bina 24 sot torpağın üzərindədir.

Bildirilir ki, Biləsuvar rayon icra hakimiyyətinin başçısı 12 dekabr 2023-cü il tarixli sərəncamı ilə Biləsuvar rayon Xırmandalı kındinin ərazisindəki torpaq sahəsini Bakı şəhərindən gətirdiyi dostunun rəhbərlik elədiyi Biləsuvar şəhər Kommunal Müəsissələri Kombinatının balansına qanunsuz olaraq keçirmişdir.

Sonra isə gizlin formada həmin torpaq sahəsini digər göstərişlə satmışdır. Çünki torpağı almaq istəyən digər alıcının təklif elədiyi məbləğ deyilənə görə onu qane etməyib.

Məlumat verilir ki, Biləsuvar şəhər Kommunal Müəsissələri Kombinatına aid ərazi yalnız şəhrin balansında olan ərazilər aid edilib. Bu əlbəttə ki, qanunvericilikdə öz əksini tapıb. Bu mənada o da qeyd olunur ki, həmin müəssisənin kənd ərazilərinə heç bir aidiyyatrı yoxdur. Şikayətçi bildirir ki, məgər icra başçısı Faiq Qürbətov bunları bilmirmi. Hadisələrdən də görünür ki, icra başçısı saxta sərəncamla Xırmandalı kəndinə aid olan tikilini və yerləşdiyi torpaq sahəsinin qanunsuz olaraq Biləsuvar şəhər Kommunal Müəsissələri Kombinatının balansına verdirib. Sonra isə həmin tikintini və aid olduğu torpaq sahəsini dostu Beyləqan rayon icra hakimiyyətinin başçısı Əziz Əzizovun işçisi və onun yaxını olan maraqlı şəxsə satır. Bütün bunlar müraciətdə iddia olunur.

Məmur həmin torpaq sahəsinin hərbi xidmətdən möhlət alan 27 yaşlı sahibkarın adına sənədləşdirilməsində niyə maraqlı olub?

Gəlin görək həmin maraqlı şəxs kimdir. Verilən məlumata görə başçı qondarma sərəncamla sözü gedən torpaq və tikilini Sənan Cavanşir oğlu Əlizadənin adına sənədləşdirir. Özü də nə az, nə çox böyük məbləğdə vəsaitə. Həmçinin qeyd olunur ki, burada əsas rolu Beyləqanın başçısı Əziz Əzizov oynayıb. Belə ki, Sənan Cavanşir oğlu Əlizadə Beyləqan rayon İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Əliyev Eldəniz Əliqulu oğlunun qardaşı oğludur. Bildirilir ki, yaxın dostluq və maraqlar bu məsələnin həllində mühüm rol oynayıb.

Xatırladaq ki, qeyru-yaşayış binasının ümumi sahəsi 756.60 kvm olduğu bildirilir. Rəsmi sənəd isə 06.03.2025-ci il tarixində əldə edilib.

Xırmandalı kənd camaatının narazılığı da elə başçının sözü gedən sərəncamından sonra başlayıb. Narazıçılıq o qədər çoxalıb ki, hətta biraz da irəliyə gedərək məhkəməyə də müraciət olunub. İndi həmin məsələ Biləsuvar rayon Məhkəməsinin hakimi Rafayıl Əliyevin icraatında araşdırılır. İlk iclasın keçirildiyi və ekspertizanın təyin olunduğu da verilən məlumatlar sırasındadır. Digər bir maraqlı məsələ isə torpağı adına sənədləşdirilən gəncin 27 yaşı olsa da həqiqi hərbi xidmətdə olmadığı bildirilir. (bu barədə geniş yazı olacaq). Biz isə KİV-ri haqqında qanunnun və peşə davranış qaydalarının tələblərinə uyğun olaraq yazıda adı keçən şəxslərlə əlaqə saxlamağa çalışdıq. Təəssüflər olsun ki, zənglərimizə cavab verən olmadı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Ardı var

Tehsil-press.az

Oxşar xəbərlər