19.02.1987-ci il təvəllüdlü Şaiq Firdosi oğlu Ələsgərov Vətən müharibəsi baş verən ərəfədə könüllü olaraq ordu sıralarına qatılıb.
Müharibədə ölümdən xilas olan Şaiq Ələsgərov baş verən qəzada həyatını itirib.
Xatırladaq ki, hadisə rayonun Hindarx qəsəbəsi ilə Hüsnülü kəndi arasında qeydə alınıb. Belə ki, Hindarx qəsəbə sakini, 1987-ci il təvəllüdlü Şaiq Ələsgərovun idarə etdiyi "Mersedes" markalı avtomobillə 1996-cı il təvəllüdlü Bayram İsmayılovun idarə etdiyi "Hunday" markalı avtomobil toqquşub. Qəza nəticəsində Şaiq Ələsgərov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib, Bayram İsmayılov xəsarət alıb.
Tehsil-press.az







