Bu gün bütün dünyada “Yer saatı” (WWF) keçirilir.Aksiya saat 20:30-da başlayacaq, 21:30-a qədər davam edəcək. Milyonlarla insan eyni anda işıqları söndürəcək, planetin durumuna diqqət çəkəcək. Hərəkat hər il martın son şənbəsi təkrarlanır.
2007-ci ildən bəri keçirilən bu kampaniya artıq sadəcə jest deyil, səssiz, amma güclü mesajdır. Bu il 20-ci dəfədir şəhərlər qaranlığa bürünəcək, məşhur binaların işıqları söndürüləcək, insanlar bir saatlıq enerji istifadəsini dayandıracaq, Yerə dəstək göstərəcək.
Qeyd edək ki, “Yer saatı” ilk dəfə 2007-ci ildə Avstraliyada başlayıb. Hazırda 188 ölkədə, 200 milyarddan çox insan aksiyada iştirak edir. Azərbaycan isə 26 mart 2011-ci ildən bu kampaniyaya qoşulub, ilk dəfə “Qız Qalası”nın işıqları söndürülüb.
Tehsil-press.az














