Eyfel qülləsinin işıqları Livan üçün söndürüləcək

Eyfel qülləsinin işıqları Livan üçün söndürüləcək Livanın paytaxtı Beyrutda baş vermiş güclü partlayış nəticəsində həlak olanların xatirəsinə Parisdə Eyfel qülləsinin işıqları söndürüləcək.
Bu barədə Fransa paytaxtının meri Ann İdalqo bildirib.
Bu addım Fransa vaxtı ilə gecəyarısında baş tutacaq.
Bundan başqa, Paris şəhər meriyası Livana 100 min avro məbləğində yardım yollayacaq.
Qeyd edək ki, ötən gün Beyrutun dəniz limanında güclü partlayış baş verib. Partlayış nəticəsində 100-dən çox şəxs həlak olub, 4 min nəfər isə xəsarət alıb.
Partlayış limanın 2700 ton ammonyak selitrası (ammonium nitrat duzu) saxlanılan anbarında qaynaq işləri aparılarkən baş verib.

Tehsil-press.az

Oxşar xəbərlər