Eyfelin işıqları söndürüləcək - Bu dəfə Somaliyə görə

Eyfelin işıqları söndürüləcək - Bu dəfə Somaliyə görə Parisdə Eyfel qülləsinin işıqları Somalidə baş vermiş terror aktının qurbanlarının xatirəsinə gecə saatlarında söndürüləcək.
Tehsil-press.az-n məlumatına görə, bu barədə Fransa paytaxtının meri Ann İdalqo elan edib.
Qeyd edək ki, bir neçə gün əvvəl Somalinin paytaxtı Moqadişoda törədilmiş partlayış nəticəsində 300-dən həlak olub. Şəhərin mərkəzində partlayıcı qurğu yerləşdirilmiş yük maşını partlayıb.
Ölkənin informasiya naziri Abdirəhman Osman bildirib ki, partlayış "əş-Şabab" terror qruplaşması tərəfindən törədilib.

Tehsil-press.az


Oxşar xəbərlər