Fevral və mart ayları ərzində ümumilikdə 25 elmi seminar, 3 forum, ekskursiya, 2 intellektual yarış, debat, panel müzakirə, 1 ustad dərsi, təlim təşkil olunub. Tədbirlər müxtəlif fakültələrdə ayrı-ayrılıqda və ya birgə təşkilatçılıqla həyata keçirilib.
Tədbirlərin əsas məqsədi tələbələrin elmi-tədqiqat potensialının gücləndirilməsi, Universitetin elmi mühitinə inteqrasiyasının təmin edilməsi, akademik bilik səviyyəsinin yüksəldilməsi və elmi fəaliyyətə marağın sistemli şəkildə təşviq olunması olub. Bununla yanaşı, iştirakçılar yeni nəzəri və praktik biliklərə yiyələnmək, elmi müzakirələrdə fəal iştirak etmək və analitik-intellektual bacarıqlarını inkişaf etdirmək imkanı da əldə ediblər.
Tehsil-press.az













