Adil Kərimli Balayevin vida mərasimində niyə iştirak etməyib?

Adil Kərimli Balayevin vida mərasimində niyə iştirak etməyib? Mədəniyyət naziri Adil Kərimlinin Xalq artisti Rasim Balayevin dəfn mərasimində iştirak etməməsi diqqət çəkib. Bu məsələ sosial şəbəkələrdə və internet resurslarında geniş müzakirə olunub.

Baş verən müzakirələr fonunda araşdırma edib. Əldə etdiyimiz məlumata görə, Mədəniyyət naziri Adil Kərimli hazırda ölkə xaricində ezamiyyətdədir.

Buna görə də, Rasim Balayevin vida mərasimində onu nazir müavini Səadət Yusifova əvəz edib. S. Yusifova vida mərasimində nazirin adından Xalq artistinin ailəsinə və iştirakçılara başsağlığını çatdırıb.

Tehsil-press.az

Oxşar xəbərlər