Akademik Vasim Məmmədəliyevlə vida mərasimi BDU-da keçiriləcək
Akademik Vasim Məmmədəliyevlə vida mərasimi Bakı Dövlət Universitetində (BDU) keçiriləcək. Mərasim bu gün saat 13:00-dan 15:00-dək davam edəcək. Xatırladaq ki, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev ötən gün 77 yaşında dünyasını dəyişib.