ABŞ prezidenti Donald Tramp İran prezidenti Məsud Pezeşkianın atəşkəs istədiyini iddia edib.O bu barədə “Truth Social” hesabında paylaşım edib.
“Sələflərindən daha az radikal və ya daha ağıllı olan İran prezidenti ABŞ-dan atəşkəs istədi! Hörmüz boğazı açıq, azad və təhlükəsiz olanda bunu düşünəcəyik. O vaxta qədər İranı məhv edəcəyik və ya necə deyərlər, onu Daş dövrünə qaytaracağıq”, - deyə, Tramp qeyd edib.
Tehsil-press.az










