Məşhur "Nargilə" kafesi söküləcək

Məşhur Bakı şəhərinin Baş planına uyğun olaraq, Xətai rayonu ərazisində Zığ şossesi 14 və Ramiz Quliyev küçəsinin kəsişməsində yerləşən tikililərin sökülməsi nəzərdə tutulur.

Proses çərçivəsində istismar müddətini başa vurmuş qəzalı binalar, köhnə fərdi yaşayış evləri, müxtəlif iaşə obyektləri plana düşəcək.

Diqqətçəkən məqamlardan biri odur ki, söküləcək tikililər arasında paytaxt sakinlərinə yaxşı tanış olan məşhur "Nargilə" kafesi də yer alır. Görülən bu tədbirlər şəhərin yenidən qurulması və infrastrukturun müasirləşdirilməsi məqsədini daşıyır.



Tehsil-press.az

Oxşar xəbərlər