"QR kodlu davamiyyət sistemi alqışlanmalıdır" - Eldar Aslanov

Xəbər verdiyimiz kimi, Bakıdakı 12 nömrəli tam orta ümumtəhsil məktəbində QR kod əsaslı “Elektron davamiyyət” sistemi tətbiq edilməyə başlanıb.

QR kodun tətbiqi ilə bağll danışan Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris işləri üzrə prorektoru Eldar Aslanov vurğuladı ki, bu yaxşı təşəbbüs və vaxtında atılan addımdır:

"Bilirsiniz ki, bütün qurumlarda, dövlət orqanlarında, universitetlərdə artıq girişdə turniket sistemi tətbiq olunur. Bu, müasir dövrün tələbidir. Ona görə ayrıca bir ştat saxlamaqdansa, bu texnoloji vasitənin tətbiqi ilə binalara giriş-çıxışın reqlamentləşdirilməsi daha məqsədəuyğundur. Yəni bu məktəbdir, dövlət orqanıdır, qurumdur, iş yeridir, ora hər adam istədiyi kimi əlini-qolunu sallayıb gəlib daxil ola bilməz. Bunun təhlükəsizlik tərəfi var, uşaqların sağlamlığına, psixi sağlamlığına təsir edən məsələlər var. Ona görə də mən bunu təqdir edirəm. Nəzərə alsaq ki, ölkədə bütün sahələrdə rəqəmsallaşma inkişaf edir, bu tətbiq yalnız alqışlana bilər".

Tehsil-press.az

Oxşar xəbərlər