AzEdu.az bu münasibətlə Şəki-Zaqatala Regional Təhsil idarəsinə sorğu ünvanlayıb.
Regional İdarədən sorğumuza cavab olaraq bildirilib ki, Şəki rayonu üzrə 5 və 6 nömrəli şəhər tam orta məktəblərinin, eləcə də şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyin şagirdləri 291-295 aralığında bal toplayıblar. Şəki şəhər Kimya-biologiya təmayüllü Respublika liseyinin şagirdi də yüksək nəticə əldə edənlər sırasındadır.
Yüksək bal toplayan şagirdləri təqdim edirik:
Aylin Rəhimli - Qəbələ rayonu, V. Qəhrəmanov adına 1 nömrəli şəhər tam orta məktəbin şagirdi: Azərbaycan dili - 100, riyaziyyat- 98, xarici dil-100 olmaqla ümumilikdə- 298 bal;
Amin Məmmədov - Oğuz rayonu, Tərkeş kənd tam orta məktəbinin şagirdi: Azərbaycan dili - 100, riyaziyyat -100, xarici dil - 92 olmaqla ümumilikdə- 292 bal;
Turan İlyasov - Şəki rayonu, 5 nömrəli şəhər tam orta məktəbinin şagirdi: Azərbaycan dili - 95, riyaziyyat - 100, xarici dil-100 olmaqla ümumilikdə- 295 bal;
Zəhra Lətifli - Şəki şəhəri fizika,riyaziyyat və humanitar fənlər təmayüllü liseyin şagirdi: Azərbaycan dili - 98, riyaziyyat- 100, xarici dil - 97 olmaqla ümumilikdə- 295 bal;
Arif Qədirov - Şəki rayonu, 6 nömrəli şəhər tam orta məktəbinin şagirdi: Azərbaycan dili - 98, riyaziyyat- 98, xarici dil- 95 olmaqla ümumilikdə - 291 bal;
Sevda Səmədzadə - Şəki şəhər Kimya-biologiya təmayüllü Respublika liseyinin şagirdi: Azərbaycan dili - 95, riyaziyyat- 96, xarici dil-100 olmaqla ümumilikdə - 291 bal;
Fatimə Məmmədova - Qəbələ rayonu, V. Qəhrəmanov adına 1 nömrəli şəhər tam orta məktəbinin şagirdi: Azərbaycan dili - 93, riyaziyyat - 100, xarici dil- 97 olmaqla ümumilikdə - 290 bal.
Qeyd edək ki, siyahıda yer alan şagirdlər əsasən riyaziyyat və xarici dil fənləri üzrə yüksək nəticələri ilə seçiliblər.
Tehsil-press.az





