Ortaya çıxan gizli sənədlərin birində məhz bununla bağlı yeni iddialar əksini tapıb. Bildirilir ki, vaxtilə özünün “Qarabağ klanı” adlandıran revanşistlərin hakimiyyətə yenidən gəlməsi Ermənistanın bir dövlət kimi məhvi ilə nəticələnəcək. Sənədlərdə bir sıra faktlar da yer alır. Məsələn, revanşistlərin ən öncüllərindən olan Serj Sərkisyan və Robert Köçəryanın İrəvanda “kreslo”ya əyləşməsi sözsüz ki, Bakı ilə yeni müharibənin alovlanması demək olacaq. Bu barədə Paşinyan və onun tərəfdarları erməni ictimaiyyətini ciddi xəbərdar edir. Müharibədən məğlub çıxan, hərbi və iqtisadi potensialını itirən Ermənistan üçünsə, yeni savaş sözsüz ki məhv olmaq deməkdir. Bunu İrəvanda kiçikdən böyüyə qədər hər kəs yaxşı anlayır.
Digər tərəfdən, proseslər Paşinyanın hakimiyyətdən getməsi və revanşistlərin “taxta çıxması” ilə nəticələnsə, o zaman Azərbaycana qarşı istənilən həmlə daha böyük cavab zərbəsi ilə nəticələnəcək. Özü də Bakı bu dəfə Qarabağla kifayətlənməyəcək. Düz Qafana qədər irəliləyəcək və Zəngəzur dəhlizinə birbaşa özü nəzarət edəcək. Ortaya çıxan gizli sənədlərdə məhz bu məsələlər yer alıb. Təbii ki, Paşinyan müharibənin Ermənistan üçün hansı nəticələrə yol açacağını bildiyi üçün erməniləri xəbərdar etməyi özünə borc bilir və revanşistlərin hakimiyyətə gəlməsinin yolverilməzliyinə diqqət çəkir. Üstəlik, Nikol yaxşı anlayır ki. bu halda nə üz tutduğu Qərb və ABŞ, nə də Putin Rusiyası İrəvana yardım əli uzadacaq. Azərbaycanın iqtisadi və hərbi gücü isə göz önündədir və Ermənistan bunun 2020-ci ildə şahidi olub. Odur ki, Nikol Paşinyan və onun tərəfdarları ermənilərin doğru seçim edəcəyindən və revanşistlərə şans verməyəcəyindən əmindir. Bunun əksi, Ermənistanın məhvi demək olacaq.
Tehsil-press.az





