“Gənc istedadlar” liseyinin şagirdinin 60-cı Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında böyük uğuru

“Gənc istedadlar” liseyinin şagirdinin 60-cı Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında böyük uğuru Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin XI sinif şagirdi Elman Kərimli kimya sahəsində nüfuzlu beynəlxalq yarışmalardan biri olan 60-cı Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında möhtəşəm nəticə göstərərək bürünc medal qazanıb.

Qeyd edək ki, Elman Kərimli həm də ötən il Respublika Fənn Olimpiadasında kimya fənni üzrə gümüş medala layiq görülüb.

Şagirdimizi təbrik edir, uğurlarının davamını diləyirik!

Tehsil-press.az

Oxşar xəbərlər