İstanbulda hava limanında baş verən terror aktından sonra hava limanlarında təhlükəsizlik tədbirləri gücləndiriləcək. Trend-in Hurriyet qəzetinə istinadən verdiyi məlumata əsasən, bunu Türkiyənin Baş naziri Binali Yıldırım deyib. Yıldırımın sözlərinə görə, böyük ehtimalla terror aktını İŞİD terror qruplaşması törədib. Son məlumatlara görə, İstanbul hava limanında terror aktı nəticəsində 42 nəfər ölüb, 239 nəfər yaralanıb.
Tehsil-press.az
Tehsil-press.az