Reseptorlar haqqında qeydlər

Reseptorlar haqqında qeydlər Əvvəlcədən qeyd etmək istəyirəm ki, mən bu yazıda reseptorlar haqqında öz müşahidələrimi qeyd edəcəyəm. Dərsliklərdə və elmi ədəbiyyatlarda reseptorlar haqqnda kifayət qədər məlumatlar vardır. Mən həmin məlumatları təkrar etmək fikrindən uzağam. Uzun illər ərzində reseptorların ətraf aləmi necə hiss etməsi məni düşündürmüşdür. Ona görə də reseptorlar haqqında olan elmi məlumatları öyrənməyə çalışmışam. Eyni zamanda, müxtəlif canlı orqanizmlər haqqında, onların ətraf aləmi necə hiss etməsi üzərində ciddi müşahidələrimdə dəqiq müəyyən etmişəm ki, elə heyvanlar vardır ki, onların ətraf aləmin hiss etməsi ilə əlaqədar elm aləminə məlum olmayan xeyli hadisələr vardır. Bütün hadisələr isə reseptorlarla əlaqədardır. Ona görə də reseptorlarla əlaqədar olan müşahidələrimi və topladığım elmi məlumatları qeyd etmək fikrindəyəm.
Məlumdur ki, 2012-ci il oktyabrın 10-d Nobel Mükafatları Komitəsi kimya üzrə ali elmi mükafatına amerikalı tibb professorları Robert Lefkoviç və Brayan Kobilkanı layiq gördü. Mükafatın təqdim olunması zamanı Nobel Komitəsinin açıqlamasında qeyd olunurdu: “İnsan bədəni dəqiq köklənmiş mexanizmdir. Onun fəaliyyəti orqanizmi təşkil edən milyardlarla hüceyrələrin qarşılıqlı təsiri ilə müəyyən olunur. Hər bir hüceyrə kiçik reseptorlarla təchiz olunub, onun köməyi ilə o, ətraf mühiti hiss edir”.
Robert Lefkoviç və Brayan Kobilka ilk dəfə olaraq canlı orqanizmlərin ətraf aləmi hiss etməsi mexanizmini açmışdır. Onlar C zülallı reseptorların necə işlədiyini izah etmişdir.
Burada mən aydın olması üçün reseptorlar haqqında qısa məlumat vermək istərdim.
Məlumdur ki, orqanizm həmişə daxili və xarici mühit amillərinin təsiri altndadır. Müxtəlif qıcıqlandırıcılara həssas olan sinir ucları, reseptorlar orqanizmin hər yerində yerləşir. Reseptorlar çox həssas hüceyrələrdən təşkil olunmuşdur. Həmin hüceyrələrin köməyi ilə insan orqanizmi işığı, istini, soyuğu və başqa təsirləri hiss edir. Həssas hüceyrələrdən təşkil olunmuş reseptorlar orqanizmin səthində, duyğu orqanlarında və daxili orqanlarda yerləşir. Görmə, eşitmə, iybilmə reseptorları qıcıqları uzaq məsafədən qəbul edir. Orqanizmin səthində yerləşən reseptorlar isə qıcıqları yalnız toxunulduqda hiss edir. Həmçinin orqanizmin hər hansı bir nahiyəsində bir neçə növ reseptor ola bilər. Buna görə də orqanizmdə bir neçə hiss eyni zamanda yarana bilir.
Müxtəlif elmi kitablarda izah olunur ki, reseptorlar yalnız ona toxunulduqda oyanır. Bu zaman oyanma sinir lifləri ilə beyin qabığının müəyyən nahiyəsinə ötürülür. Bunun nəticəsində beyin qabığının müəyyən nahiyəsində obrazlar yaranır, hisslər formalaşır. Beləliklə, biz bütün dünya haqqında məlumat toplayıb təhlil edirik.
Yuxarıda qeyd etdim ki, reseptorlarda oyanma ona toxunmaqla mümkün olur. Uzun illr ərzində bir sual məni həmişə düşündürmüşdür. Reseptorlarda oyanma ona toxunmadan mümkün ola bilərmi?
Müşahidələr və təcrübələrlə müəyyən etmişəm ki, reseptorlarda oyanma onlara toxunmadan da baş verir. Bunu mən müxtəlif canlı orqanizmlr üzərində apardığım müşahidələr nəticəsində müyyən etmişəm. Bunun nə qədər doğru olub-olmadığını isə gələcəkdə elmi tədqiqatlar sübut edəcəkdir.
Uzun illr ərzində reseptorların necə işləməsini aydınlaşdırmaq üçün tədqiqat işləri aparmışlar. Dünyada ilk dəfə, 1968-ci ilə Robert Lefkoviç hüceyrə reseptorlarını öyrənmək üçün tədqiqat işlərinə başlayıb. O, hüceyrələrin shtində bir neçə reseptor tapıb. Onun rəhbərliyi altında bir qrup tədqiqatçı alim hüceyrə divarından reseptor əldə etmişlər. 1980-ci ildə Robert Lefkoviçin laboratoriyasında işləyən Brayan Kobilka beta-adrenoreseptoru kodlaşdıran geni müəyyən edə bilib. Bundan sonra alimlərə məlum olmuşdur ki, reseptorların iş mexanizmi oxşardır. Həmçinin onlarım bütöv bir ailəsi mövcuddur. Müyyən olunmuşdur ki, C zülalları reseptorlara bağlanmışdır. Bu reseptorlar isə minə yaxın geni kodlaşdırır. Hər bir gen isə müxtəlif təsirlərə çox həssasdır. Genlər ayrı-ayrlıqda və birlikdə fəaliyyət göstərə bilirlər. Deməli, insanın ətraf aləmi dərk etməsi reseptorların işləmə mexanizmi nəticəsində mümkün olur. Göründüyü kimi reseptorların imkanları çox böyükdür. Ona görə də reseptorların quruluşunun və işləmə mexanizminin çox böyük əhəmiyyəti vardır.
Bir daha qeyd etmək istəyirəm ki, yuxarıda qeyd etdiklərim müşahidələrimə əsaslanaraq, fikirlərimi aydınlaşdırmaqdır. Bəzi heyvanaların davranışlarında müşahidə etdiyim hadisələr qeyd etməyə əsas verir ki, elə reseptorlar vardır ki, heç bir təsir olmadan oyanır və oyanma beyin qabığına ötürülür. Bu zaman heyvan beyinin göndərdiyi siqnallaqa uyğun olaraq hərəkət etməyə başlayır. Misalların say çoxdur. Mənim üçün dəqiq aydındır ki, elə reseptorlar vardır ki, hansısa qüvvənin təsiri altında oyanır. Bu zaman oyanma digər reseptorların və bütün mərkəzi sinir sisteminin oyanmasına səbəb olur. Nticədə, heyvan da qida əldə edir,ya da təhlükədən uzaqlaşır. Müəyyən etmişəm ki, çox vaxt qıcıqlanma olmadan reseptorlarn oyanması heyvanların bir yerdən başqa yerə köçüb getməsi ilə nəticələnir.
Ola bilsin ki, qeyd etdiklərim müzakirə mövzusu olsun. Məlumdur ki, havada hər hansı maddənin bir molekulu olduqda belə, heyvanın hiss üzvləri həmin molekulu tuta bilir. Bu da reseptorların oyanması səbəb olur. Mənim qeyd etdiklərim isə tamamilə heç bir təsir olmayan oyanmaya aiddir. Eyni zamanda, hər hansı bir reseptorda baş verən oyanma digər reseptorların da oyanmasına səbəb olur. Bu zaman baş verən oyanlamalarn təsiri ilə mərkəzi sinir sistemi çox gərgin işləməyə başlayır. Nəticədə, hər hansı bir heyvanın orqanizmində yaranan enerji başqa canlılara da təsir göstərir. Bəzi heyvanlarda baş verən oyanmalar güclü, bəzilərində zəif olur. Oyanmaların baş vermədiyi canlılar da vardır. Bəzi heyvanların mərkəzi sinir sistemində yaranan güclü enerji insan orqanizminə də təsir göstərir. Belə təsir birbaşa və dolayı yolla ola bilir. Əgər belə təsir hər hansı bir insana təsir göstərərsə, onda həmin insanın həyatı təhlükə altına alınmış olur. Sual oluna bilər ki, bütün bunları necə müəyyən etmək olar?
Yalnız uzunmüddətli dəqiq müşahidələr və təcrübələrlə bunların həqiqətə nə qədər uyğun olduğunu aydınlaşdırmaq mümkündür.
Heç bir qıcıqlanma olmadan baş verən oyanmalar insan orqanizmində başqa canlılara nisbətən çox güclü olur. Belə oyanmalar həm xarici, həm də daxili reseptorların hamısında və ya bir hissəsində baş verir. Əvvəlcə daxili üzvlərin kiçik bir hissəsində oyanma əmələ gəlir. Sonra digər reseptorlar da oyanır. Nəticədə, mərkəzi sinir sisteminin bütün böbələri gərgin işləməyə başlayır. Bu zaman elm aləminin hələlik öyrənə bilmədiyienerji yaranır. Belə enerji çox nadir insanlarda yaranır. Həmçinin yaranan enerjinin gücü ayrı-ayrı insanlarda müxtəlif olur.
Bu enerjinin başqa insanlara təsiri müsbət və mənfi ola bilir. Nə vaxt xeyirli, nə vaxt zərərli olmasının aydınlaşdırılması ayrı mövzudur.
Ümumiyyətlə, insan orqanizmində reseptorlarda baş verən oyanmalar haqqında müasir elmə məlum olmayan məsələlər çoxdur. Onların öyrənilməsi elmin bundan sonrakı inkişaf nəticəsində mümkün olacaqdır.
Qeyd etmək istəyirəm ki, insan orqanizmi müasir elmə məlum olduğundan da dəfələrlə mürəkkəb bir sistemdir. Mən özümün müşahid və təcrübələrimin dəqiq nəticələrinin çox kiçik bir hissəsini qeyd etdim.

Tahə İbrahimov,
Ağsu rayon, İlxıçı kənd tam orta məktəbin müəllimi

Oxşar xəbərlər