
Tehsil-press.az TQDK-nın saytına istinadən xəbər verir ki, Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərib.
Qeyd olunan müddətdə komissiyaya 15 müraciət daxil olub. Bütün müraciətlərə ekspertlər tərəfindən ətraflı cavab verilib. Ekspertlərin izahı abituriyentlər üçün qaneedici olub və bununla bağlı hər bir abituriyentlə müvafiq akt imzalanıb.
Tehsil-press.az