
Tehsil-press.az xəbər verir ki, imtahanın məzmunu ilə əlaqədar müraciətlərin baxılması üçün Apelyasiya Komissiyası iyunun 7-də saat 10-dan 17-dək TQDK‑nın Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1m ünvanında yerləşən inzibati binasında fəaliyyət göstərəcək.
İmtahanın nəticələri ilə bağlı müraciətlərin baxılması üçün Apelyasiya Komissiyası isə iyunun 8-i və 9-da saat 10-dan 17-dək Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək. Bakalavrlar Apelyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.
Tehsil-press.az