Uşaq musiqi məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqə keçiriləcək

Uşaq musiqi məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqə keçiriləcək Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinə, mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqə keçiriləcək.

Tehsil-press.az Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir ki, Nazirlik sistemindəki uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində, mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsini, bilikli və bacarıqlı ixtisaslı kadrların bərabərhüquqlu, şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilməsini, kadrlara olan tələb-təklif prinsiplərinin gözlənilməsini təmin etmək məqsədi ilə 2015/2016-cı tədris ilindən etibarən məktəblərə işə qəbul vakant yerlər əsasında müsabiqə yolu ilə aparılır.
Respublikanın uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinə, mərkəzlərinə pedaqoji kadrların işə qəbulu üzrə növbəti III müsabiqə 2016-cı il avqustun ikinci yarısı-sentyabrın birinci yarısında keçiriləcək.
Vakant yerlər, müsabiqənin aparılması qaydaları haqqında məlumat və elektron ərizə forması Mədəniyyət və Turizm Nazirliyinin rəsmi internet saytının (www.mct.gov.az) “Elanlar” bölməsində cari ilin 15 avqust tarixindən sonra yerləşdiriləcək.


Tehsil-press.az

Oxşar xəbərlər