Məktəblərdə vakant müəllim yerlərinin daha çox hansı ixtisaslar üzrə olduğu açıqlanıb

Məktəblərdə vakant müəllim yerlərinin daha çox hansı ixtisaslar üzrə olduğu açıqlanıb Təhsil Nazirliyi orta məktəblərdəki vakant müəllim yerlərinin daha çox hansı ixtisaslar üzrə olduğunu açıqlayıb.

Nazirlikdən Trend-in sorğusuna cabab olaraq, bildirilib ki, 2016-2017-ci tədris ili üçün müəllimlərin yerdəyişməsi üzrə müsabiqəyə 3091 vakant yer təqdim olunub. Vakansiyaların 563-ü Bakı şəhərini, digərləri isə bölgələri əhatə edir. İbtidai sinif, kimya, biologiya və fizika fənləri üzrə vakansiyalar üstünlük təşkil edir. Qeyd edək ki, iyunun 1-dən Azərbaycanda müəllimlərin bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi üzrə elektron ərizə qəbuluna başlanılıb. Müəllimlərin işə qəbulu üzrə ərizə qəbulu iyulun 1-dən 17-dək aparılacaq.


Tehsil-press.az

Oxşar xəbərlər