Ərdoğanın kürəkəni Davudoğlunun xanımı ilə niyə görüşmədi? - Video

Ərdoğanın kürəkəni Davudoğlunun xanımı ilə niyə görüşmədi? - Video Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) fövqəladə qurultayı keçirilib. Binəli Yıldırım partiyanın sədri və baş nazir vəzifəsinə seçilib.

Tehsil-press.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qurultayda iştirak edən eks- baş nazir Əhməd Davudoğlu ilə xanımı Sarə Davudoğlu nazirlərlə görüşüb. Bu zaman prezident Rəcəb Tayyib Ərdoğanın kürəkəni, energetika naziri Berat Albayraq da nazirlər sırasında olub. Albayraq ona əlini uzadan Sarə Davudoğlu ilə görüşməyib. Bu vəziyyət qurultay iştirakçıları tərəfindən birmənalı qarşılanmayıb.
Daha sonra məlum olub ki, B. Albayraq yeni baş nazir Binəli Yıldırımın həyat yoldaşı Semiha Yıldırımın da əlini sıxmayıb. Onun qadınlarla əl-ələ görüşmədiyi qeyd olunub.




Tehsil-press.az

Oxşar xəbərlər